RU

Ramil Muxtarzadə: "Cibdən ödənişlərin əsas hissəsi dərmanlara xərclənən vəsaitlərdir"

"2020-ci ildən bəri icbari tibbi sığortanın tətbiqində cibdən ödənişlərlə bağlı rəqəm ciddi şəkildə enib".

 

Pravda.az xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji İnkişaf və iqtisadi təhlil departamentinin rəhbəri Ramil Muxtarzadə "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində deyib.

 

"Daxildə apardığımız analizlərdən də aydın olur ki, cibdən ödənişlərin əsas hissəsi dərmanlara xərclənən vəsaitlərdir. Bu istiqamətdə növbəti illərdə müsbət addımlar atılacaq. Ölkə əhalisinin 52%-i bizim xidmətlərimizdən istifadə edir. Bütün ölkə xidmətdən istifadə etsə, yük artar".


Aytəkin Qardaşova

Tarix: 18 Dekabr 2024, 10:06   
Избранный
43
pravda.az

1Источники