RU

TƏBİB-in direktor müavini: "Regionlarda həkim çatışmazlığı var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Rəqəmsallaşmanı tətbiq etmək rəqəmsal olmaq demək deyil".
Oxu.Az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə keçirilən "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində qurumun icraçı direktorunun müavini Araz Nəsirov deyib.
O qeyd edib ki, bizim səhiyyə sistemimizdə nöqsanlar var:
"Həkimlərimizin 60-70 faizi paytaxtda cəmləşib. Regionlarda həkim çatışmazlığı var. TƏBİB-in tabeliyində 90 müəssisə var. 25-i özünü maliyyələşdirə bilir. Hədəfimiz bu statistikanı artırmaqdır".
A.Nəsirov əlavə edib ki, TƏBİB qurularkən tabeli tibb müəssisələrinin büdcəsi 800 milyon manat civarında idi. Amma bu gün həmin müəssisələrin büdcəsi 1.8 milyard manata yaxınlaşır:
"Bunun da ilkin səhiyyə büdcəsini nəzərə almasaq, 1.3 milyard civarında büdcəmiz var".
Məhərrəm Əliyev
Избранный
14
oxu.az

1Источники