"Təcili tibbi yardımda böyük islahatlar gedir. Rəqəmsallaşma böyük rol oynayacaq. Hər hansı çağırışda təxliyə lazım olanda telefonla əlaqə yaradılırdı. Problem yaşanırdı. Bunun qarşısını almaq üçün qarşımıza məqsəd qoymuşuq".
Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, Rəqəmsal Tibbi Həllər MMC-nin direktoru Ramil Mehdiyev "Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində deyib.
O bildirib: "Bütün bunlar informasiya sistemi vasitəsilə olacaq. Evdən bir düyməyə basmaqla artıq xəstəxana işini əvvəlcədən görüb xəstə üçün öncədən hazırlıq görəcək".
Telegram kanalımız