RU

Heydər Əliyev: 35 il xalqının hüquq və azadlığı keşiyində

Hər bir fərdin maraq və mənafelərini təmin etmədən, ədalət meyarını qorumadan güclü dövlət yaratmağın mümkünsüzlüyünü vurğulаyаn Ümummilli Lider Heydər Əliyev ölkəmizdə hakimiyyətdə olduğu bütün dövrlərdə fəaliyyətini dövlət-vətəndaş münasibətlərinin hüquq müstəvisində tənzimlənməsi, insanlаrın hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması, humanizm ideyalarının möhkəm təmələ çevrilməsi, sivil cəmiyyətin formalaşması, idarəçilikdə demokratik ənənələrin bərqərar olması istiqamətində qurmuşdur. Beləliklə, Azərbaycanın müasir tarixinin 35 ili Ulu Öndərin ölkəmizin demokratik inkişafının, xalqın hüquq və azadlıqlarının keşiyində dayanması kimi xarakterizə olunur.Sovet Azərbaycanında Ulu Öndərin yaratdığı reallıqİnsanların hüquq və azadlıqları sözsüz ki, tək hüquqi müstəvidə tam olmur. Bunun siyasi, iqtisadi, həm də mənəvi tərəfləri var. Ölkənin müstəqilliyi, iqtisadiyyatin inkişafı, vətəndaşların rifah halının yüksəlməsi, sabitliyin, dinc yaşayışın bərqərar olması, insanlara hərtərəfli azadlıqların verilməsi, maraqlarının təmin olunması onların hüquq və azadlıqlarının tamlığını şərtləndirən amildir. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində yaradılmış siyasi, iqtisadi və mənəvi baza məhz buna xidmət etmişdir.1969-1982-ci illərdə sovet ittifaqının tərkibində olan ölkəmizə rəhbərlik edən Ümummilli Liderimizin yaratdığı reallığa nəzər salanda aydın olur ki, başqa bir quruluşa tabe ölkədə qanunçuluğu və hüquq qaydasını möhkəmləndirmək, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaq, bütün sahələrdə geridə qalmış Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə ittifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmək, bütün bunların fonunda isə xalqın gələcək müstəqilliyinə zəmin yaratmaq üçün uzaqgörən addımlar atmaq hər siyasi xadimin gücü daxilində olan məsələ deyildi. Lakin Ulu Öndər bu reallığı yaratdı. Bu reallıqda hər zaman insan amili, xalqın rifahı, bu günü, sabahı ilə bağlı arzuları, hüquq və azadlıqları ön sırada dayanırdı və sonrakı mərhələlərdə də bunların bütün işlərlə paralel şəkildə həyata keçirildiyinin şahidi olduq.1990-1993: 20 Yanvar, Xocalı faciələrində, Qarabağın işğalında və blokada Naxçıvanında insan hüquqlarının müdafiəsində Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinə Ulu Öndər Heydər Əliyevin qayğısını dünya tarixində heç bir xalq öz liderindən görməyib. 1990-1993-cü illərdə faciələrlə, itkilərlə, əzab-əziyyətlərlə, hüquqlarının tapdalanması ilə qarşılaşan azərbaycanlılara mənəvi yanaşmada Heydər Əliyev nümunəsindən söhbət açmaq istəyirəm.1990-cı illərin əvvəllərində ölkəmizdə hakimiyyət böhranı, xaos, anarxiya hökm sürürdü. Həmin dövrdə artıq ömrünün son anlarını yaşayan sovet imperiyası azadlıq və müstəqillik mücadiləsinə qalxmış Azərbaycan xalqını bu mübarizədən çəkindirmək üçün Bakıda qanlı 20 Yanvar faciəsini törətdi. Ölkə başçısı və dövlət strukturlarında çalışan bəzi məmurların qorxaqlığı və mərkəzə yarınmaq meylləri faciənin maneəsiz törədilməsinə geniş imkan yaratdı. Bu isə kütlələr arasında ümidsizliyin hökm sürməsinə səbəb oldu.Heydər Əliyev bu məqamda xalqına, Vətəninə qarşı təcavüzə, xəyanətə, işğala dözməyib Moskvadan dünyaya sərt bəyanat verdi. Həyatının hər an təhlükədə olmasına baxmayaraq qətiyyətlə faciənin hüquqi-demokratik prinsiplərə zidd olduğunu, Azərbaycan xalqına qarşı hərbi təcavüzün SSRİ və Azərbaycan SSR rəhbərliyi tərəfindən həyata keçirildiyini bəyan etdi.Xalq Ulu Öndərin bu qətiyyətli addımı ilə ümidsizlikdən çıxdı. İlk dəfə hüquqlarının müdafiə edildiyini, müstəqillik arzularına dəyər verildiyini, kimsəsiz olmadığını anladı.1992-ci il fevral ayının 26-da nankor ermənilər tərəfindən Xocalı şəhərində törədilən analoqu olmayan soyqırımının dünya miqyasında tanınmasının da əsas səbəbkarı, təşəbbüskarı Ümummilli Lider olmuşdur. Hələ Prezident səlahiyyətlərini həyata keçirərkən erməni təcavüzünün qarşısının alınması məqsədilə təcili tədbirlər görülməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması xahişi ilə Təhlükəsizlik Şurasının sədrinə 26 iyul 1993-cü il tarixli yazılı müraciət etmişdir.1994-cü il 24 fevralda Milli Məclisin qərarı ilə hər il fevralın 26-sının “Xocalı soyqırımı günü” kimi yad olunması və bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi ilə Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilmiş oldu. Ulu Öndərin “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı 26 mart 1998-ci il tarixli Fərman isə ümumilikdə soyqırımı qurbanlarının hüquqlarının müdafiəsinə xidmət edən mühüm dövlət sənədi xarakteri daşıyır.1988-ci ildən 1994-cü ilin may ayınadək davam edən Birinci Vətən müharibəsi zamanı qonşuluqdan kənar ermənilər himayədarlarının və Azərbaycan hakimiyyətini zəbt edən səriştəsiz ünsürlərin dəstəyi ilə Qarabağı və Şərqi Zəngəzurun müəyyən ərazilərini işğal etmiş, minlərlə soydaşımızı ata-baba yurdundan didərgin salmış, işgəncə ilə qətlə yetirmiş, nəticədə Azərbaycan vətəndaşlarının hüquqları kobud şəkildə tapdanmışdır.Hər zaman xalqının yanında olan, onların itirilmiş hüquqlarının müdafiəsinə qalxan Ümummilli Lider “Hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin pozulmazlığı Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit edilmiş beynəlxalq hüququn sarsılmaz prinsipidir”,- deyirdi və torpaqlarımızın azad ediləcəyini, soydaşlarımızın hüquqlarının bərpa olunacağını əminliklə ifadə edirdi: “Biz Qarabağ məsələsini həll edəcəyik. Vaxt lazımdır. Heç kim torpaqlarını Azərbaycandan ala bilməz. İşğal olunmuş torpaqlarımız mütləq geri qaytarılacaqdır. Nəyin bahasına olursa olsun”.1989-1990-cı illərdə artıq Naxçıvan ermənilər tərəfindən tamamilə blokadaya alınmışdı. Elektrik enerjisi, təbii qaz kəsilmiş, Bakı-Naxçıvan qatarı dayandırıldığından muxtar respublika yanacaqsız, ərzaqsız qalmışdı. Naxçıvan həmçinin informasiya blokadasına alınmış, insanların informasiya almaq hüququ məhdudlaşmışdı.Heydər Əliyev 90-cı ildə Naxçıvana qayıtmasaydı, bu qədim yurd da Qarabağ kimi işğal ediləcək, naxçıvanlılar isə aclıq-səfalət içərisində məhv olacaqdı. Naxçıvanlılarla birlikdə eyni həyatı paylaşan, soyuq evdə yaşayan, evində və iş otağında çıraq işığında oturan Ulu Öndər şəxsi nüfuzu hesabına Türkiyə və İran İslam Respublikası ilə danışıqlar apararaq insanları ərzaqla təmin edirdi. Onların hüquqlarının bərpa olunması üçün ozamanki ali hakimiyyət qarşısında məsələ qaldırırdı.Beləliklə, ölkə həyatında yaşanan yuxarıda adlarını qeyd etdiyimiz hadisələrin hər birində Ulu Öndəri insanların yanında, onların həm siyasi, həm də mənəvi hüquqlarının müdafiəsində görürük.Ölüm hökmünün ləğvi: Şərqdə ilk Azərbaycanda1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə Qаyıdışı ilə həm 1918-ci ildəki kimi itirilməkdə olan müstəqilliyimiz, həm də həyatı hər an təhlükə ilə üz-üzə qalan xalq xilas oldu. Müstəqil Azərbaycanda yeni hakimiyyətlə ölkə sosial-iqtisadi inkişafa qədəm qoydu, eləcə də qanunun aliliyi təmin edildi, vətəndaşlаrın hüquq və azadlıqlarının yüksək səviyyədə qorunması mühüm prinsipə çevrildi.Böyük Qayıdışdan sonra ölkəmizdə eyni zamanda humanizm ənənələrinin təməli qoyuldu, 1995-ci ildə əfvetmə və amnistiya institutları yaranmağa başlandı. 22 yanvar 1998-ci il tarixdə Ümummilli Lider Heydər Əliyev “Azərbaycan Respublikasında ölüm hökmünün ləğv edilməsi haqqında” bəyanat verərək ölüm hökmünün ləğv olunduğunu bildirdi, bununla bağlı 3 fevral 1998-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə qanunvericilik təşəbbüsü qaydasında müraciət etdi və 10 fevral 1998-ci il tarixdə ölüm cəzası ləğv olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olundu. Şərqdə ilk dəfə məhz ölkəmizdə ölüm cəzasının ləğv edilməsi dünyada böyük əks-səda doğurdu.Bu siyasətin nəticəsi olaraq Ulu Öndər tərəfindən 1995-2003-cü illərdə 32 əfv fərmanı imzalanmış, 1993-2003-cü illərdə 7 dəfə amnistiya elan olunmuş, nəticədə minlərlə insan azadlığa qovuşmuşdur.Heydər Əliyev siyasi kursunun davamı olaraq son 20 ildə Prezident İlham Əliyev tərəfindən də 37 əfv sərəncamı imzalanıb, 4 dəfə amnistiya elan edilib.Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanan “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 22 fevral tarixli Fərman, 1998-ci il 18 iyun tarixində təsdiq edilən “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, Azərbaycanda azad mətbuatın formalaşması, hər kəsin öz fikrini sərbəst şəkildə ifadə edə bilmək imkanı qazanması məqsədilə “Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərman ölkəmizdə insan hüquqları sahəsində ilk strateji sənədlərdir ki, bu gün Azərbaycan vətəndaşları onların bəhrəsini görür.Sonrakı mərhələdə Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında İnsan hüquqları gününün təsis edilməsi haqqında” Sərəncam, sərəncama əsasən hər il 18 iyunun ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunması, norma­tiv-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı digər sənədlər yeni mərhələsinin başlanğıc nöqtəsi oldu.Üçdəbir hissəsi insan hüquqlarına əsaslanan ilk milli KonstitusiyaQanunvericilik bazası olmadan sosial, iqtisadi və siyasi islahatların həyata keçirilməsinin mümkün olmadığını nəzərə alan Ümummilli Lider Heydər Əliyev ölkəmizdə hüquqi dövlət quruculuğuna bu bazanın yaradılmasından başladı. Bu isə öz əksini Onun rəhbərliyi ilə hazırlanmış, 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasında tapmışdır.Əsas Qanunumuzda insan hüquq və azadlıqlarının təmini dövlətin ali məqsədi kimi təsbit olunmuşdur. Konstitusiyanın üçdə bir hissəsini bu sahədəki mövcud beynəlxalq-hüquq normalarına əsaslanan müddəalar təşkil edir. Ən əsası isə Əsas Qanunumuzda insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq bütün hakimiyyət orqanlarının vəzifəsi kimi müəyyən edilmiş, onun 48 maddədən ibarət üçüncü fəslinin bütün müddəaları insana, onun ləyaqətinə, hüquqlarına hörmət ruhunda yazılmış, insan hüquq və azadlıqları ən yüksək dəyər kimi təsbit olunmuşdur.Konstitusiya Məhkəməsi və Ombudsman təsisatı dövlət və vətəndaş münasibətlərində yeni başlanğıc olduÜmummilli Lider yalnız qanunvericilik aktlarının qəbul edilməsinə deyil, onların həyata keçirilməsinə də xüsusi diqqətlə yanaşmış və məhz Onun təşəbbüsü ilə 1998-ci ildə ölkəmizdə ilk dəfə olaraq Konstitusiya Məhkəməsi yaradılmışdır.2001-ci il 8 dekabr tarixdə isə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununun qəbul edilməsi, Ombudsman təsisatının yaradılması və fəaliyyətə başlaması üçün maddi və hüquqi baza hazırlanmış, 2 iyul 2002-ci il tarixdə Azərbaycanın ilk Ombudsmanı seçilmişdir.
Hər iki təsisat hüquq müdafiə mexanizmi olaraq dövlət və vətəndaş münasibətlərində yeni bir başlanğıcın əsasını qoymuşdur.Qarabağ Zəfəri: insan hüquqlarının müdafiəsində dünyaya nümunəÜmummilli Liderimiz bizə bu gün beynəlxalq aləmdə layiqli yer tutan, özünəməxsus dinamik inkişafı olan, hüquqi və demokratik dövlət quruculuğu sahəsində böyük uğurlar əldə edən Azərbaycanı miras qoyub. Dövlətimizin başçısı İlham Əliyev isə bu mirası Heydər Əliyev ideyaları əsasında qoruyur, siyasi və mənəvi varis kimi daha da zənginləşdirir.Ötən 20 ilin nəticəsi olaraq 2020-2023-ci illərdə düşmən üzərində əldə etdiyimiz Böyük Zəfər çoxəsrlik tariximizin səhifələrinə 270 ildən artıq zamandan sonra yeni bir qəhrəmanlıq salnaməsi yazdı. O Zəfər ki, ölkəmizin ərazi bütövlüyünün və xalqın 30 il əvvəl tapdalanan hüquqlarının bərpası nöqteyi-nəzərindən dünyaya Azərbaycan nümunəsidir. Hüquqlarımız kimi, şərəfimiz də bizim üçün ali olduğundan, bu Zəfər həm də şərəfimizin xilası oldu.Beləliklə, müstəqilliyi cəmi 32 il olan Azərbaycan insan hüquqları sahəsində yüzilliklər yaşlı müstəqil ölkələrdən heç də geridə qalmır. Belə isə müstəqilliyimizin 50, 100 yaşında daha da inkişaf etmiş dövlətdən və insan hüquqlarından danışacağıq.Mətanət MəmmədovaMəqalə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.

Избранный
180
sesqazeti.az

1Источники