“Təxribatın cavabının necə olacağını erməni tərəfi yaxşı bilir”.
Bunu Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-a müsahibəsində deyib.
Deputat “Bir müddət öncə yeni il ərəfəsində Zəngəzur istiqamətində hərbi təxribatın baş verəcəyi ilə bağlı fikirlər səslənirdi” fikrinə belə cavab verib:
“Sonuncu dəfə təxribatlarına aldıqları sarsıdıcı cavab yadlarından çıxmayıb. Azərbaycan əsgərinin yaralanması ilə nəticələnən hərbi təxribatın cavabı olaraq Ordumuz onların postlarını şəxsi heyətlə birlikdə darmadağın etdi. Bir daha anladılar ki, Azərbaycanla bu məsələdə zarafat etmək olmaz. Çünki bu cür hərəkətlər onlara baha başa gəlir”.
Deputat qeyd edib ki, sülh müqaviləsi imzalandıqdan sonra rəsmi Bakıya qarşı müəyyən tələblərlə çıxış etmək istəyirlər:
“Qarabağdan könüllü getmiş ermənilərlə danışıqların aparılması, onların təhlükəsizliyi və “şərəfli qayıdışı” kimi absurd iddiaları məhz sülh sazişindən sonra gündəmə gətirmək istəyirlər. Burada hər şey qarşılıqlı olmalıdır. Ermənistan Qərbi Azərbaycanlıların tarixi ata-baba torpaqlarına təhlükəsiz şəkildə qayıdıb yaşamasına dair danışıqlar aparacaqsa, o halda Qarabağ erməniləri ilə bu mövzuda danışmaq olar”.//globalinfo.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта