"Pasiyent əməliyyatdan narazıdırsa, amma cərrah deyirsə ki, uğurlu alınıb, bunun önəmi yoxdur. Əsas pasiyentin razılığıdır".
Pravda.az xəbər verir ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Məmmədov Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində deyib.
"İnsanı yüksəlt ki, dövlət yüksəlsin. Səhiyyədə əsas faktor insan olmalıdır. Buna görə Türkiyədə Ağ Partiya yüksək faiz səs qazandı. Keyfiyyətimiz o vaxt olacaq ki, nazirlər, məmurlar sağlamlığını bizim səhiyyəyə etibar edəcəklər. Bu zaman onlar pasiyent olacaqlar, məmur yox..." - V.Məmmədov qeyd edib.
O vurğulayıb ki, Azərbaycanın təkmil qanunvericilik bazası mövcuddur var, lakin işləmirsə, önəmi yoxdur: "Qanun yaxşı yazıla bilər, mexanizmlər işləməlidir".
Aytəkin Qardaşova