RU

Bəşər Əsədi devirən lider: "Bu, Türkiyənin qələbəsidir"

Bəşər Əsəd rejimindən qurtuluş təkcə Suriya xalqı yox, həm də Türkiyənin qələbəsidir.

Teleqraf.com xəbər verir ki, bunu Bəşər Əsəd rejimini devirən qüvvələrin lideri Əhməd əl-Şara (Əbu Məhəmməd əl-Colani) deyib.

“Suriyalılar bir çox ölkəyə sığınıblar, amma onlara ən çox sarılan, hörmət edən ölkə Türkiyə oldu. Ümid edirəm ki, Suriya bu yaxşılığı unutmaz. Strateji əlaqələr olacaq. Türkiyənin yeni Suriya dövlətinin qurulmasında bir çox prioritetləri var. Qarşılıqlı ticarət əlaqələri də olacaq. Türkiyənin iqtisadi inkişaf təcrübələrini Suriyada da tətbiq edəcəyinə inanırıq. Sosial əlaqələri qoruyub saxlayacağıq. Bu qələbə təkcə Suriya yox, həm də türk xalqının qələbəsidir. Çünki məzlum zalıma qalib gəldi, bu, türk xalqı kimi səmimi insanların qələbəsidir”, - hərəkat lideri bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
35
19
teleqraf.com

10Источники