RU

Rus general 100 min dollar qarşılığında öldürülübmüş - Yeni DETALLAR

Rusiyanın Federal Təhlükəsizlik Xidməti general Kirillovun ölümünə görə saxlanılan şəxslər barədə məlumat yayıb.

Modern.az-ın məlumatına görə, qurum saxlanılan şəxslərdən birinin 29 yaşlı Özbəkistan vətəndaşı olduğunu açıqlayıb. 

Açıqlamada qeyd olunur ki, hadisə Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən təşkil edilib. Həmin şəxsə terror aktı qarşılığında 100 min dollar və Avropa İttifaqı ölkəsinə göndərilmək vəd edilib. 

***

10:37

Rusiya ordusunun  radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəhbəri general-leytenant İqor Kirillovun öldürülməsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.

Bilirilir ki, şübhəlilər cinayət yerindən izlənilib, burada müşahidə kameraları bir neçə şübhəli avtomobili qeydə alıb.

Nəşr yazır ki, təşkilatçılar messencerlər vasitəsilə həmin şəxslərlə əlaqə saxlayıb.

General-leytenant İqor Kirillov və köməkçisi dekabrın 17-də Moskvanın Ryazanski prospektində evin yaxınlığında baş vermiş partlayış nəticəsində həlak olublar. Terror aktı, adam öldürmə, qanunsuz silah və sursat alveri ilə bağlı cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, partlayıcı elektrik skuterinin dəstəyinə bərkidilib.

Избранный
23
43
modern.az

10Источники