RU

Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr – SİYAHI

Bakı. Trend:

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 2 milyard 648milyon 607 min ABŞ dolları dəyərində 4 milyon 413 min 383 tonqeyri-neft məhsulları ixrac edib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbərverir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 64milyon 246 min ABŞ dolları (2,4%), həcm baxımından isə 289 min 9270ton (7,03%) azdır.

Məlumata görə, cari ilin yanvar-noyabr aylarında Azərbaycandanqeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasındaRusiya, Türkiyə, Gürcüstan, İsveçrə və Amerika Birləşmiş Ştatları(ABŞ) qərarlaşıb.

Belə ki, 11 ayda Rusiyaya 1 milyard 67 milyon 906 min ABŞdolları, Türkiyəyə 507 milyon 130 min ABŞ dolları, milyon ABŞdolları, Gürcüstana 252 milyon 921 min ABŞ dolları, İsveçrəyə 193milyon 597 min ABŞ dolları, ABŞ-yə isə 129 milyon 594 min ABŞdolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Məqalədə:
Избранный
13
1
az.trend.az

2Источники