RU

IFC "yaşıl" layihələr üçün Azərbaycan manatı ilə istiqrazlar buraxıb

Bakı. Trend:

Dünya Bankı Qrupunun üzvü olan IFC (Beynəlxalq MaliyyəKorporasiyası), Azərbaycanda mikro, kiçik və orta sahibkarlıqsubyektlərinin kreditlərə çıxışını genişləndirmək, aztəminatlı evtəsərrüfatlara dəstək olmaq və "yaşıl" layihələrinmaliyyələşdirilməsi məqsədilə Azərbaycan manatı (AZN) ilədenominasiya olunmuş istiqrazlar buraxıb.

Trend IFC-yə istinadən xəbərverir ki, dördillik istiqrazlar nəticəsində 34 milyon manat (20milyon ABŞ dolları ekvivalenti) cəlb edilib.

Bu, biznes subyektləri və aztəminatlı ev təsərrüfatları üçüniqlim maliyyələşdirməsinə çıxışı artıraraq ölkədə iqlimlayihələrinin inkişafına töhfə verəcək.

İstiqrazlar Lüksemburq Fond Birjasında ticarət olunur və sosialdavamlılığın gücləndirilməsi ilə yanaşı, geniş auditoriya üçün"yaşıl" texnologiyalara çıxışı təmin edir. Emissiyanın dillerliyini“Standard Chartered Bank” həyata keçirib.

IFC-nin Xəzinə Müştəri Həlləri Departamentinin direktoru KeşavQaur qeyd edib ki, kapital bazarlarının imkanlarından istifadəetməklə, IFC bizneslərə yerli valyutada maliyyələşmə imkanı yaradırvə xarici valyutada borclanma risklərini azaldır.

"Bu istiqrazlar təkcə özəl biznesi və ekoloji cəhətdən davamlılayihələri dəstəkləmir, eyni zamanda Azərbaycanın iqtisadiyyatınışaxələndirir, dayanıqlığı gücləndirir və uzunmüddətli inkişafazəmin yaradır", – deyə K.Qaur bildirib.

“Capitulum Fondu”nun idarəçisi Teodor Kirşner isə IFC iləəməkdaşlığın önəmini vurğulayıb.

"Biz IFC ilə uzunmüddətli əməkdaşlığımızı yüksəkqiymətləndiririk. Bu əməkdaşlıq bizə Azərbaycan kimi inkişafetməkdə olan bazarlarda yerli faiz dərəcələrinə çıxış imkanı verir,eyni zamanda cəlb edilmiş vəsaitlərin şəffaf və davamlıistifadəsini təmin edir. Biz aktiv sinifimizin inkişafı və davamlılayihələrin irəliləməsi üçün əməkdaşlığımızı genişləndirməyisəbirsizliklə gözləyirik", - o qeyd edib.

Qeyd edək ki, 2020-ci ildən etibarən IFC bir ildən dörd ilədəkmüddətə və dövlət etalonundan 300 baza bəndi aşağı faiz dərəcələriilə 189 milyon manatdan çox məbləğdə istiqrazlar buraxıb.

IFC-nin fəaliyyətinə gəldikdə, bu qurum Dünya Bankı Qrupununüzvü olaraq inkişaf etməkdə olan bazarlarda özəl sektorafokuslanmış ən böyük qlobal inkişaf institutudur. 100-dən çoxölkədə fəaliyyət göstərən IFC, kapital, bilik və təsirimkanlarından istifadə edərək bazarlar və imkanlar yaradır. 2024-cümaliyyə ilində IFC, inkişaf etməkdə olan ölkələrdə özəl şirkətlərivə maliyyə institutlarını dəstəkləmək üçün rekord həcmdə – 56milyard ABŞ dolları vəsait ayırıb və özəl sektorun həll yollarınıcəlb edərək yoxsulluqdan azad və davamlı bir planet üçün töhfəverib.

Məqalədə:
Избранный
20
2
az.trend.az

3Источники