RU

8 nəfər əsgəri iə 200 nəfərə qarşı döyüşən, 6 əsgəri ilə birgə düşmən postuna sızıb planlarını məhv edən xüsusi təyinatlı ŞƏHİDİMİZ

Biləsuvar rayonunun Ağalıkənd kəndində doğulur...

Uşaqlıqdan vətənə olan sedvgisi onun hərbiyə olan marağını artırır...

Əvvəlcə C. Naxçıvanski adına Hərbi liseydə, daha sonra, 2012-2016-cı illərdə Azərbaycan Ali Hərbi Məktəbində təhsil alır...

"Leytenant" rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayır...

Xocalı qurbanlarının qisasını alacağına söz verir...

Kəşfiyyatçı olmaq arzusu ilə XTQ kursuna qatılır və kursu uğurla başa vurur...

XTQ-də baş leytenant rütbəsinə və tağım komandirinin müavini vəzifəsinə qədər yüksəlir...

Dəfələrlə Türkiyə və Pakistanda kurs və təlimlərdə müvəffəqiyyətlə iştirak edir...

Hər zaman üzərində balta gəzdirir... Erməni dilində sərbəst danışa bilir...

Kəşfiyyatdakı cəsurluğuna və igidliyinə görə ona "Erməni qəssabı" ləqəbi verilir...

Göstərdiyi şücaətlərə görə dəfələrlə yuxarı Komandanlıq tərəfindən mükafatlandırılır...

Vətən müharibəsində 6 əsgəri ilə birgə düşmən postuna sızaraq onların planını öyrənir və alt-üst edir...

Vətən müharibəsində Murovdağ, Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə xüsusi şücaət və qəhrəmanlıqla döyüşən, düşmənin xeyli sayda canlı qüvvəsini (biri polkovnik olmaqla) məhv edən, 8 nəfər əsgəriylə bərabər 200 nəfərə qarşı döyüşən, şəhid olan əsgəri Cavanşir Məmmədovun intiqamını almaq üçün düşmən postuna əl qumbarası artaraq 10 düşmən əsgərini məhv edən, komandiri ilə eyni vaxtda yaralanan və özü yaralı olduğu halda komandirini döyüş bölgəsindən çıxarmağı bacaran və şəhidlik mərtəbəsinə yüksələn Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Elmar Mirzəyev!

Açıklama

İgidimiz vətənə xidmətlərinə görə "Azərbaycan ordusunun 100 illiyi" yubiley medalı, "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə, həmçinin, "Kəlbəcərin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları, "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib.

Valideynlərinin dediyinə görə: "Elmar çox savadlı, ağıllı, böyük-kiçik yeri bilən övlad olub. Kimsəni incitməz, qəlbinə dəyməzdi. Ailəcanlı idi. Ailəsinə qarşı çox qayğıkeş, diqqətcil idi. İstər kənd əhalisi arasında, istərsə də, qohumlar və ya iş yoldaşlsrı arasında böyük hörmət, sevgi qazanmışdı. Böyükdən kiçiyə hər kəs onu sevərdi".

Qardaşı deyir ki, "son dəfə mənimlə danışanda "Valideynlərim sənə əmanətdir" dedi və bundan şəhidliyə yüksəldi. Biz onu bir döyüşçü olaraq ancaq döyüş yoldaşlarının xatirələrindən tanıdıq. Fəxr edirəm ki, elə bir qəhrəman qardaşım olub"...

Sən təkcə qardaşının, valideynlərinin, qohum-əqrabanın yox, bütün Azərbaycanın fəxrisən igidim! Bu millət, gələcək nəsil səni, sizləri unutmayacaq! AAllah sənə rəhmət eləsin, məkanın cənnət, əziz ruhun şad olsun qəhrəman qardaşım! Sən bizim fəxrimiz, qürurumuzsan!

Səni, sizləri unutmarıq... Unutdurmarıq!

Sevinc Bəhmənli

Açıklama

Açıklama

Açıklama

Açıklama

Açıklama

Избранный
30
turkustan.az

1Источники