RU

İsrailin baş naziri Suriyanın Hermon dağına gedib

İsrailin

İsrail baş naziri Benyamin Netanyahu Suriya ərazisi sayılan Hermon dağında hərbçilərlə görüşüb.

Reyting.az
xəbər verir ki, məlumatı baş nazirinin ofisi yayıb.

Beynəlxalq mediada İsrail ordusu və Netanyahunun Hermon dağının ətrafında gəzişməsinin fotolarını yayılıb.

Hermon dağına gedən İsrail komandası arasında Netanyahudan başqa İsrailin müdafiə naziri Yisrael Katz və Baş Qərargah rəisi Herzi Halevi də var.

Netanyahu burada verdiyi açıqlamada “İsrailin təhlükəsizliyini təmin edəcək tənzimləmə tapılmayana qədər bufer zonanı tərk etməyəcəyik”,- deyib.

Digər tərəfdən, İsrailin müdafiə naziri Katz işğal altındakı Suriya ərazisi olan Qolan təpələrində qeyri-qanuni yəhudi məskənlərini qorumaq üçün İsrail əsgərlərinin Herom dağında olmasını və işğalı müdafiə edib.

“Biz lazım olduğu qədər burada (7 dekabrdan sonra Hermon dağında işğal olunmuş ərazi) qalacağıq”,- müdafiə naziri deyib.

ELÇİN
Избранный
34
15
reyting.az

10Источники