Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) erməni haker qruplarının Azərbaycan vətəndaşlarına qarşı yeni fişinq hücumlarını müəyyən edib.
Bu barədə Senzor.az-a Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, müxtəlif teatrlara və tamaşalara saxta bilet satışı həyata keçirən veb-saytlar hazırlayaraq sosial mühəndislik yolu ilə vətəndaşları aldadaraq onlara məxsus bank kartı məlumatlarının ələ keçirilməsi və pul vəsaitlərinin mənimsənilməsi üçün yeni metoda əl atırlar.
"Vətəndaşları bu cür hallara qarşı ayıq-sayıq olmağa, biletləri yalnız rəsmi satış nöqtələrindən və rəsmi satış veb saytlarından əldə etməyə çağırırıq", - deyə Dövlət Xidməti bəyan edib.