RU

Prezident sərhəddəki Aİ müşahidəçilərindən DANIŞDI

"Bizimlə sərhəddə, Ermənistan tərəfində qondarma avropalı müşahidəçilər adı altında NATO infrastrukturu yaradılıb".
 
Moderator.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. 
 
Ölkə liderinin sözlərinə görə, müşahidəçilərin göndərilməsi məsələsi Bakı ilə 2022-ci ildə Ermənistanın baş naziri  Nikol Paşinyan, Avropa Şurasının sədri Şarl Mişel və Fransa prezidenti  Emmanuel Makron arasında dördtərəfli görüşdə razılaşdırılıb: "O zaman Fransa hələ də normallaşma prosesindən kənarda qalmamışdı və razılaşdırıldı ki, iki ay müddətinə Avropa İttifaqının məhdud kontingenti yerləşdiriləcək... Bundan sonra missiyanın müddəti razılaşdırılmadan uzadılıb". 
 
Prezident qeyd edib ki, sonradan Aİ müşahidəçilərinin sayı 200 nəfərdən çox artırılıb: "Üstəlik, Kanada nümayəndələri də işə qarışdıqdan sonra bu missiya rahat şəkildə NATO missiyasına çevrildi". 
 
Избранный
5
1
moderator.az

2Источники