RU

Türkiyə millisinin üzvü "Fənərbaxça"dan təklif alıb

Türkiyə millisinin müdafiəçisi Merih Demiral ölkəsinə qayıda bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Əl-Əhli"nin futbolçusuna "Fənərbaxça" maraq göstərir.

İstanbul təmsilçisi Merih üçün addımlar atıb. Amma onun Səudiyyə Ərəbistanında maaşının yüksək olması transferin reallaşmasına mane olur. Belə ki, Demiral "Əl-Əhli"də illik 10 milyon avro maaş alır.

Demiralın Səudiyyə Ərəbistanı klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-da qədərdir.

O, karyerası ərzində "Alkanense", "Sportinq", "Sassuolo", "Alanyaspor", "Yuventus" və "Atalanta" klublarında oynayıb. 

saytlarin hazirlanmasi

Избранный
3
sportal.az

1Источники