Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti faiz dərəcələrini dəyişdirməyib.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, uçot dərəcəsi 7,25 faizdə qalıb. Faiz dəhlizinin aşağı həddi 6,25%, faiz dəhlizinin yuxarı həddi isə 8,25% səviyyəsində dəyişməz saxlanılıb.
Uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması və makroiqtisadi meyillərin təhlili nəzərə alınmaqla qəbul olunub.
Vasif