RU

Bu ilin qışı ilə bağlı rəsmi açıqlama

“Qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq”.

Oxu24.com   xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

N.Mahmudov qeyd edib ki, fəsillik proqnozlar uzun illəri, böyük əraziləri əhatə edən hava müşahidə məlumatlarının analizi və elmi tədqiqat əsasında hazırlanan mövsümlər üzrə ilkin hava durumu ssenariləri olaraq Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) Regional iqlim mərkəzləri (Avropa Ortamüddətli Proqnozlar Mərkəzi - ECMWF, ABŞ-ın Beynəlxalq Tədqiqatlar institutu - IRI, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı - APEC Climate Center və s.) tərəfindən yayımlanır:

“Fəsillik proqnozlara əsasən, bu ilin qış fəslində Azərbaycanda havanın orta temperaturu çoxillik normaya yaxın olacaq. Yağıntının miqdarının da normaya yaxın, bəzi yerlərdə bir qədər az olacağı proqnozlaşdırılır”.

Xidmət rəisinin sözlərinə görə, Azərbaycanda çoxillik meteoroloji məlumatların təhlili göstərir ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə adətən yanvar və fevral aylarında ölkə ərazisi daha tez-tez soyuq arktik hava cərəyanlarının təsirinə məruz qalır, buna görə də qış fəslinin nisbətən mülayim keçəcəyi gözlənilsə də, bəzi dövrlərdə hava şəraitinin şaxtalı və qarlı keçməsi istisna olunmur.

Избранный
21
35
oxu24.com

10Источники