RU

Gürcüstanda neft, qaz, kömür və elektrik enerjisi istehsalı artıb

Tbilisi, 18 dekabr, AZƏRTAC

Ötən il Gürcüstanda 38,9 min ton xam neft hasil olunub, bu da 2022-ci illə müqayisədə 6,3 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Qeyd olunan dövrdə 16,4 milyon kubmetr təbii qaz (2022-ci illə müqayisədə 12,3 faiz çox), 148 min ton daş kömür (1,2 faiz çox) hasil edilib.

Bildirilir ki, Gürcüstanda 2023-cü ildə elektrik enerjisi istehsalı əvvəlki illə müqayisədə 1 faiz artaraq 14,4 milyard kilovat-saat təşkil edib.

Enerji istehsalının strukturunda ən böyük pay elektrik enerjisinin payına düşür - 77,7 faiz. İkinci yerdə bioyanacaq və tullantılardan (məsələn, odun) istehsal olunan enerjidir - 13,1 faiz.

2023-cü ildə son elektrik enerjisi istehlakı əvvəlki ilə nisbətən 8,3 faiz azalaraq 12,3 milyard kilovat-saat təşkil edib. Bundan əlavə, təbii qaza tələbatın həcmi 3 368,8 milyon kubmetr (2022-ci ilə nisbətən 0,2 faiz çox) olub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Избранный
13
azertag.az

1Источники