RU

Gələn il cari əməliyyatlar hesabının profisitinin 5,5 milyard dollar səviyyəsində olacağı gözlənilir

Bakı, 18 dekabr, AZƏRTAC

Cari il noyabr ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 10,9 milyard dollar təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib.

Bu da beynəlxalq səviyyədə qəbul olunmuş müvafiq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir. Məsələn, Mərkəzi Bankın valyuta ehtiyatlarının cari səviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur. Cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit 2025-ci ildə də valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir. Oktyabr proqnozuna görə, 2025-ci ildə cari əməliyyatlar hesabının profisitinin 5,5 milyard dollar səviyyəsində olacağı gözlənilir.

Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 9 ayda 4 milyard dollar və ya ümumi daxili məhsulun 7,2 faizi səviyyəsində olub. Cari əməliyyatlar hesabının başlıca komponenti olan xarici ticarət balansında Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ilin 11 ayında 5,6 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb.

Избранный
32
azertag.az

1Источники