RU

Beyləqanın başçısı qalmaqallı Mehralıyevlə şərik oldu

Beyləqan rayon İcra Hakimiyyəti tenderin nəticələrini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, keçirilən müsabiqəyə əsasən rauonun yollarının təmir edilməsi qərarlaşdırılıb.
Rəsmi qaynaqlarda qeyd edilir ki, bu məqsədlə 526.793,78 manatlıq satınalma müqaviləsi adı bir çox tenderlərdə hallanan “PROQRESS İNŞAAT EN” MMC ilə bağlanılıb.
Qeyd edək ki, internet resurslarında “Proqres İnşaat EN” şirkətinin Bakı şəhər Mənzil Kommunal Departamentinin rəhbəri Rafael Mehralıyevin kürəkəninə məxus olmasına da çoxlu sayda məlumat var.
Görünür, icra başçısı Əziz Əzizov Suraxında işlədiyi zaman Mehralıyevlə yaxın münasibətlərini Beyələqanda da unutmayıb. Ona görə də, department rəhbərinin kürəkəninə “jest” edib.

Избранный
30
tribunainfo.az

1Источники