Sabunçu rayon Bakıxanov bələdiyyəsi Bakı Şəhər İcra Hakimiyyətini və Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, bələdiyyə hər iki qurum barəsində ayrı-ayrılıqda iddia qaldırıb.
Hər iki iş torpaq mübahisələri ilə bağlıdır. Bələdiyyənin hər iki iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Bakıxanov bələdiyyəsinin sədri Ramis Nəsibovdur.
Seyid