RU

Ölkəmizdə keçirilən COP29 tədbiri tibb və səhiyyə sistemi üçün bir sınaq idi - Nazirlik rəsmisi

Son dövrün tələbi səhiyyə sistemlərinin ətraf mühitə daha az zərər verməsi, ekoloji baxımdan çağırışlara hazır olması, o cümlədən iqlim dəyişikliklərinə hazır olan və dayanıqlı səhiyyə sistemlərinin olmasıdır.

Olaylar xəbər verir ki, bunu "Səhiyyə İdarəçiləri Zirvəsi 2024"ün "Səhiyyədə yeni imkanlar" adlı II panelində Azərbaycan Respunlikasının səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

O bildirib ki, 2024-cü ildə ölkəmizdə çox müxtəlif hadisələr baş verib.

"Onların arasında ən vacibi və ən böyüyü COP29 tədbiri idi. Bu tədbir ölkəmiz üçün sözün yaxşı mənasında desək, bir sınaq idi. Həm də tibb, səhiyyə sistemi üçün bir sınaq idi.

Yəqin ki, hamımız çox məmnunuq ki, həm ölkəmiz, həm də səhiyyə sistemimiz bu sınaqdan başıuca çıxa bilib. COP29-un həm konfrans kimi nəticələri, həm də təşkilati baxımdan keçirilməsi çox yüksək səviyyədə idi.

Bu tədbir də səhiyyə idarəçilərinin bir araya gələrək öz fikirlərini bölüşməsi üçün bir platformadır. Necə ki, müxtəlif tibb mütəxəssisləri konfranslara, tədbirlərə toplaşıb bir-biri ilə bilik və bacarıq mübadiləsi aparırlarsa, səhiyyə idarəçilərinin də toplaşması üçün olan platforma buradır.

Əminəm ki, burada toplaşan həm dövlət, həm özəl tibb müəssisələrinin rəhbərləri, idarəçiləri öz problemlərini, fəaliyyətlərini bir-biri ilə bölüşəcəklər, nəyi necə etmək mümkündürsə, onu müzakirə edəcəklər və burada təqdim edilən sessiyalardan, müzakirələrdən yararlanacaqlar", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
12
3
olaylar.az

4Источники