RU

Zaxarova Kaya Kallası Aİ-nin “baş anti-diplomatı” adlandırdı - VİDEO

“Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Aİ-nin baş anti-diplomatıdır”.

Qaziler.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə “NEWS.ru”nun sualını cavablandırarkən deyib.

O, Avropa rəsmisinin Rusiya bazalarının Suriyadan çıxarılması ilə bağlı sözlərinə belə reaksiya verib. Zaxarovanın sözlərinə görə, bu məsələ yalnız Moskva və Dəməşq arasında dialoq çərçivəsində müzakirə olunacaq.

“Birincisi, Kaya Kallas Avropa İttifaqının baş anti-diplomatıdır. Bu vəzifədə işlədiyi ilk dövr artıq bunu sübut edib. Bundan əlavə, bu “vəzifə” də ona bir miras qalıb - sələfi Cosep Borel də eynilə anti-diplomat idi. Bütün bunlar Aİ-ni aqressiv ritorika və dialoqun hakim olduğu NATO-nun iqtisadi qoluna çevirməkdən ibarətdir. İkincisi, Rusiyanın Suriyadakı hərbi bazaları məsələsi heç bir halda Aİ-ni narahat etməməlidir. Bu, Moskva və Dəməşq arasında dialoq çərçivəsində nəzərdən keçiriləcək”, - Zaxarova bildirib.

QAZİLER.AZ

Избранный
34
qaziler.az

1Источники