RU

Azərbaycanda hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin idarəedilməsi Mərkəzi hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

News365.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, xəbərdarlıqda deyilir ki, bu gün gündüzdən Xəzər Dəniz Akvatoriyasinda başlayacaq şimal-qərb, şimal küləyi noyabrın 28-i səhərə kimi davam edəcək. Küləyin sürəti 18-23 m/s, arabir: 25-30 m/s-dək güclənəcəyi gözlənir. Dalğanın hündürlüyü 2-4 metr, sonrakı inkişafda 4,5-6,5 metr olacağı gözlənilir


Избранный
724
49
news365.az

10Источники