RU

“Azərsu” rəhbərliyinin illik qazancı məlum olub

“Azərsu” rəhbərliyinin 2023-cü il üzrə qazancı məlum olub. 

Valyuta.az-ın əldə etdiyi məlumata görə, ASC-nin 2023-cü ildə fəaliyyət göstərən sədri və beş müavininə birlikdə 707 min manat ödəniş edilib. Bu məbləğə əmək haqqı və mükafatlar da daxildir. Bu isə 2022-ci ilə nisbətən 35% və ya 184 min manat çox olub. Belə ki, 2022-ci ildə “Azərsu”nun rəhbərliyinə cəmi ödənişlər 523 min manata bərabər olub. 

Başqa sözlə, sədr və müavinlərinin hər biri orta hesabla illik 118 min manat, aylıq isə 20 min manata yaxın gəlir əldə edib. “Azərsu”nun rəhbərliyində təmsil olunan hər bir şəxsin orta illik gəliri də ötən il 35%-dən çox artıb. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 30 mart 2023-cü il Fərmanı ilə “Azərsu” ASC-nin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılıb.

Pünhan

Избранный
19
valyuta.az

1Источники