RU

UEFA “Qarabağ”ın rəqibini cərimələdi

UEFA Rumıniyanın FKSB klubunu cərimələyib.

Msport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Klub Avropa Liqasında evdə Yunanıstanın “Olimpiakos” komandası ilə matçlardakı yaşananlara görə 22 min avro ödəyəcək.

FKSB “komandanın düzgün olmayan davranışı”na (4 sarı, 1 qırmızı vərəqə) görə 10 min, “ictimai keçidlərin bağlanması” ucbatından 12 min avro ziyana düşüb.

Qeyd edək ki, Rumıniya təmsilçisi Avropa Liqasının Liqa mərhələsindəki növbəti oyununu “Qarabağ”a qarşı keçirəcək. Yanvarın 23-də Bakıda təşkil olunacaq qarşılaşma saat 21:45-də start götürəcək.

Избранный
22
msport.az

1Источники