Demokrat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib:
“Bu binada öz hesabımıza təmir-tikinti işləri aparacağıq. Artıq layihə-smeta sənədləri dövlət qurumlarında razılaşdırılıb. Tender elan olunub, yaxın günlərdə işə başlamaq niyyətindəyik. Ümid edirəm ki, gələn il Vəkillər Kollegiyasının Bakı şəhərində çox müasir bir ofisi istifadəyə veriləcək".