RU

Uşaqlar arasında indi də bu xəstəlik yayılıb – Pediatr

Göyöskürək artır yenə.
Bir neçə ay əvvəl qızılca geniş yayılmışdı. İndi isə göyöskürəyə yoluxanlar artır.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı pediatr Vaqif Qarayev paylaşıb. O bildirib ki, göyöskürəkdən də xilas yolu peyvənddir:

“Qızılcaya yoluxan yoluxdu, yoluxmayanların da bəzilərinə valideynlər qorxudan peyvənd vurdurdular. Qızılca tam keçməsə də epidemiyanı sönmüş hesab edək. Amma kifayət qədər peyvəndsiz uşaqlar var, yenə alovlana bilər. Göyöskürəkdən də xilas yolu peyvənddir!. “Mən uşağımın immunitetini gücləndirirəm ki, xəstəliklərə yoluxmasın” kimi nağıllarla özünüzü aldatmayın!!!
Uşaqları qorumaq üçün peyvənd etdirin”.

Nigar

Избранный
36
9
tribunainfo.az

10Источники