RU

Almaniya çökür: xilas yolu Türkiyədədir

Avropa İttifaqının əsas iqtisadi lokomotivi olan Almaniya 2025-ci il öncəsi daxili iqtisadi problemlər və siyasi qeyri-müəyyənliklərlə üzləşib. Xüsusilə sənaye və avtomobil sektorunda itkilər ölkənin iqtisadi gələcəyini təhdid edir.

Publika.az xəbər verir ki, ixracdan asılı olan Almaniya sənayesi Rusiya-Ukrayna müharibəsindən sonra qlobal iqtisadi yavaşlama, artan Çin rəqabəti və yüksək enerji qiymətləri kimi amillərdən mənfi təsirlənir.

Almaniyanın sənaye istehsalı ən çox avtomobil sektorundan əziyyət çəkir. Avtomobil nəhəngi olan “Volkswagen” Almaniyadakı 10 fabrikindən üçünü bağlamaq qərarına gəlib. Digər böyük brendlər arasında “Federnfabrik Erwin Lutz”, “Galeria Kaufhof” mağazaları və məşhur geyim markası “Esprit” iflas edən şirkətlər arasındadır.

“Creditreform”un məlumatına görə, Almaniyada 2024-cü ilin sonuna qədər 22 400 korporativ iflas gözlənilir və bu rəqəm 2025-ci ildə rekord həddə çata bilər. Xüsusilə xidmət sektoru, qida və içki, pərakəndə satış və tikinti sahələrində iflasların artdığı müşahidə edilir.

Bu il ərzində dövriyyəsi 10 milyon avrodan çox olan 160-dan çox şirkət müflis olduğunu elan edib. Federal Statistika İdarəsinin məlumatlarına görə, sentyabr ayında iflas elanları əvvəlki ilə nisbətən 13,7% artıb.

Alman şirkətlərinin üzləşdiyi çətinliklərin digər mənbəyi beynəlxalq ticarətdir. ABŞ prezidenti Donald Tramp Avropa Birliyindən olan idxala 10-20 faiz gömrük rüsumu tətbiq etməyi planlaşdırır.

Избранный
15
publika.az

1Источники