Biz adətən sovet avtomobillərinin kraş testlərdə çox aşağı bal aldığını görmüşük. Amma ruslar tək deyilmiş. Çin maşınları da bəzi biabırçı nəticələr göstərib.
Avtosfer.az xəbər verir ki, 2024-cü il modeli Neta V elektromobili ASEAN NCAP-da ən uğursuz nəticəni göstərib. Kraş test zamanı maşın 5 mümkün baldan heç birini də toplaya bilməyib. Sınağı həyata keçirənlər bu elektromobildə təhlükəsizliyin motosiklet səviyyəsində olduğunu deyiblər. müqayisə üçün deyək ki, Avropa standartlı kraş testlərdə VAZ-2106 sedanı 1, Niva isə 2 bal alıb.
Obyektivlik naminə deyək ki, Jiqulinin 1 bal alması normaldır, çünki texnika 70-ci illərdə layihələndirilib. Neta V isə 2024-cü ilin modelidir.
Vüqar