RU

Lubinets: 18-25 yaşlıların hərbi xidməti Ukraynanın gələcəyini təhlükə altına qoyar

 

Ukrayna Ombudsmanı Dmitri Lubinets 18-25 yaş arasındakı gənclərin hərbi xidmətə cəlb edilməsinin Ukraynanın gələcəyini təhlükəyə atacağını bildirib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, Lubinets gənclərin hərbi xidmətə göndərilməsinin ölkənin sosial strukturu və inkişafı üçün ciddi nəticələrə yol aça biləcəyini vurğulayıb.

O, "Onların heç birnin ailəsi və uşaqları yoxdur, bu da öz növbəsində Ukraynanın gələcəyinə ciddi zərər verəcək. Bu, demək olar ki, bizim gələcəyimizi əlimizdən alacaq," – deyə qeyd edib.

Ombudsmanın fikrincə, ölkə hələ də orta yaşlı kişilərin, xüsusilə 30 ilə 45 yaş arasındakı şəxslərin xidmətə cəlb edilməsi ilə döyüş qabiliyyətini gücləndirə bilər. Lubinets bu yaşda olan kişilərin daha təcrübəli olduğunu və müharibə zamanı daha effektiv ola biləcəyini bildirib.

 

Избранный
19
musavat.com

1Источники