RU

Tüstüsüz gələcək üçün yeni innovasiya və texnologiyalara iri həcmli investisiyalar yatırılır - “TECHNOVATION” KONFRANSI

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində tüstüsüz gələcəyin təmin olunmasında innovasiya və yeni texnologiyaların tətbiqi mövzusunda “Technovation” konfransı keçirilib.

FED.az xəbər verir ki, “Philip Morris International” (PMI) şirkətinin təşkilatlıçılığı ilə təşkil olunnan konfransda PMI-nin baş icraçı direktoru Yatsek Olçak çıxışında şirkətin bu sahədə maariflənmə və digər istiqamətlərdə indiyədək həyata keçirilən, həmçinin hazırda və gələcəkdə görəcəyi işlərlə bağlı məlumat verib. O bildirib ki, PMI-nin qlobal missiyası nikotindən tamamilə imtina etmək istəməyənlərə alternativ təklif etməkdir: “Əgər siqaret çəkmirsinizsə, buna qətiyyən başlamayın; siqaret çəkirsinizsə, tərgidin; tərgitmək istəmirsinizsə, onu daha az zərərli alternativlə əvəz edin".

Y.Olçekin sözlərinə görə, dünyada təxminən 1 milyarddan çox insan siqaret çəkir. Lakin ölkələr tərəfindən fəal şəkildə aparılan maarifləndirmə işlərinə baxmayaraq, siqaret çəkənlərin sayında azalma müşahidə olunmur. Bəzən ölkələr bununla bağlı tənzimləyici və qadağanedici tədbirlər görsə də nəticə eynidir. Mütəxəssislər gələcəkdə siqaret çəkənlərin sayında kəskin azalmanın olmasını proqnozlaşdırmırlar.  Nəticə etibarı ilə bu, marifləndirmə və digər işlərin effektiv olmadığını göstərir”.

Y.Olçek bildirib ki,  elmi və innovativ yanaşmalar siqaret çəkmə problemində indiyədək görülən tədbirlərdən daha səmərəli olacaq, siqaretdən ölüm hallarının 10 dəfə azalmasına gətirib çıxaracaq. Tüstüsüz məhsulların üstünlükləri barədə ictimaiyyətin məlumatlandırılmasının önəmini vurğulayan Y.Olçek İsveçdə bu sahədə həyata keçirdikləri uğurlu strategiyalarını nümunə kimi qeyd edib: “Əvvəllər İsveç kişilərinin 49%-i daim siqaret çəkiblər. Hazırda isə siqaret çəkənlər daha az riskli məhsullardan -  elektron siqaret qızdırılan tütün məhsulları və ağız yolu ilə qəbul edilən nikotin məhsulları kimi digər tüstüsüz alternativlərdən istifadə edir. Alternativ tütün məmulatlarının daha yaxşı tənzimlənməsi sayəsində bu gün İsveçdə insanların yalnız 5,3%-i siqaret çəkir.”

Konfransda icraçı direktor tüstüsüz məhsulların təkmilləşdirilməsinə iri həcmdə investisiya yatırımlarından da danışıb və bildirib ki, son 10 il ərzində PMI-nin texnologiyaların inkişafı, elmi tədqiqatların aparılması və istehsala ümumi investisiya yatırımları 12 milyard dolları ötüb və bu rəqəm yüksəlməkdə davam edir.

PMI-nin beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə vitse-prezidenti Tommazo Di Covanni “texnologiya və innovasiyalar: qlobal həllərin arxasında duran qüvvələr” mövzusunda geniş çıxış edib: “Qarşısı alınmayan innovasiyalar növbəti 10-20 il ərzində dünyanın ən aktual problemlərindən bəzilərini həll edə bilər. Bu problemlər sırasına hətta tütün sahəsini də əlavə etmək olar ki bu da dünyada 1,1 milyard siqaret çəkənlərin sayının azalmasına kömək edər.

Tommazo Di Covanni bildirib ki, ölkənin innovasiyalara açıq olması və tüstüsüz məhsulların üstünlükləri haqqında məlumatlılıq böyük əhəmiyyət kəsb edir. Cəmiyyət yalnız düzgün məlumatlandırıldıqda doğru seçim edir. Bu baxımdan zərərin azaldılması bəşəriyyətin daha yaxşıya doğru yenilik etmək istəyi ilə başlayır və bu da yalnız elmə əsaslanan texnoloji innovasiyalar vasitəsilə həyata keçirilir. “Biz PMI olaraq 2014-cü ildə Milan və Naqoyayada tüstüsüz tütün süarı altında səfərimiz başladı. Cəmiyyətin marifləndirilməsi və digər işlərin həyata keçirilməsi nəticəsində PMI 2016-cı ildə qabaqcıl şirkət olaraq bu istiqamətdə öhdəlik götürdü”.

Daha sonra PMI şirkətinin tüstüsüz inhalyasiya məhsulları üzrə prezidenti Stefano Volpetti şirkətin əldə etdiyi nailiyyətləri, müştəri portfeli, o cümlədən müştəri seqmenti, məhsulların çeşidi ilə bağlı geniş təqdimat edib. O bildirib ki, hazırda dünya üzrə PMI-nin tüstüsüz məhsullarından yararlanan  ümumi istifadəçilərinin təxmini sayı 36,5 milyon nəfərdir. Bununla yanaşı, PMI-nin ümumi gəlirlərində tüstüsüz tütün məhsulları üzrə xalis gəlirlər 38% təşkil edir ki, bu da məcmu bazar payının 50%-dən çox hissəsi deməkdir. Tüstüsüz məhsulların satışa çıxarıla biləcəyi bazarların sayı isə 92-dir.

Tədbirdə panel müzakirələr zamanı spikerlər tərəfindən tüstüsüz məhsullar üçün qaydaların reallığı, tüstüsüz məhsulların üstünlükləri və elmi sübutu, bu barədə ictimaiyyətin düzgün məlumatlandırılması, istehlakçıların xeyrinə aparılan siyasətlər, PMI-nin geniş kateqoriyalı portfeli və  istehlakçılara seçim imkanı verilməsi mövzusunda geniş çıxışlar edilib. Müzakirələrdə siqaretə qarşı kollektiv mübarizə səyləri çərçivəsində elmi cəhətdən əsaslandırılmış siyasət və innovasiyaların bütün potensialından istifadə edilməsinin zəruriliyini qeyd edilib.

Spikerlər bildirib ki, getdikcə daha çox düşünən hökumətlər etiraf edirlər ki, tütünçəkmənin elmi cəhətdən əsaslandırılmış daha az zərərli alternativləri siqaretin azalmasının sürətləndirilməsində rol oynaya bilər. Bu səylərdən müsbət nəticələr əldə olunur, onlar əhalinin sağlamlığına və sosial-iqtisadi vəziyyətinə səmərə verir.

TüstüsüzTüstüsüzTüstüsüzTüstüsüzTüstüsüz
Избранный
19
fed.az

1Источники