RU

Bu avtomobillər bahalaşacaq

Avropada yanacaqla işləyən avtomobillərin qiyməti qalxacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Qeyd olunub ki, yanacaqla işləyən avtomobillərdən fərqli olaraq, elektromobillərin qiymətində isə endirimlər olacaq.

Sözügedən qərarın atmosferə buraxılan karbon qazı emissiyasının azaltmaq məqsədi daşıdığı bildirilib.

İstehsalçıların avtomobil satışını artırmaq üçün artıq qiymətləri tənzimləməyə başladıqları vurğulanıb.

Məsələ ilə bağlı Avropa İttifaqının 2025-ci ildə yanvarın 1-dən yeni tələbləri qüvvəyə minəcək.

Yeni qaydaya əsasən, əsas brendlərin satışlarının beşdə birini elektrikli avtomobillər təşkil edəcək.

Əks halda, istehsalçı şirkətlərə ağır cərimələr tətbiq olunacaq.


Müəllif: Ceyhun Ağazadə
Избранный
47
teleqraf.com

1Источники