RU

Marandiçi haqda şok iddia klub rəhbərliyini hiddətləndirdi – “yalan söhbətdi!”

Ölkə kubokunun 1/8 final mərhələsinin “Turan Tovuz” – “Sabah” matçında zədələnən Denis Marandiçiylə bağlı diqqətiçəkən xəbər yayılıb. Kuluarlarda gəzən söz-söhbətə inansaq, bölgə təmsilçisi futbolçunun müqaviləsini dondurmaq niyyətindədi. İddialara görə, bu, moldovalının azı 6 ay yaşıl meydanlardan kənarda qalacağıyla bağlıdı.

Bəs yayılan bilgilər nə dərəcədə doğrudu?

“Football-plus.az” bunu “Turan Tovuz”un İdarə Heyətinin sədr müavini, infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyevdən soruşdu:

“Yalan söhbətdi! Klub onun bütün xərclərini çəkməkdə davam edir. Müalicəsi çox effektli gedir. Marandiçi uzağı üç aya qayıdıb komandamızın uğurları üçün tər tökməyə davam edəcək”.

Qeyd edək ki, Denisin klubla müqaviləsinin müddəti 2026-cı ilin yayında bitəcək.

KƏNAN BAHADIR
Избранный
24
football-plus.az

1Источники