RU

Bu il qış sərt keçəcək? – AÇIQLAMA

Dünya Meteorologiya Təşkilatı bu ilin qış mövsümünün sərt keçəcəyi ilə bağlı proqnoz verib. Təşkilatın ekspertləri atmosferdəki dəyişikliklər və iqlim şəraitinin təsirləri nəticəsində, bir çox bölgədə temperaturun əhəmiyyətli dərəcədə aşağı olacağını proqnozlaşdırır. Bu proqnoz qış aylarında sərt hava şəraitinin və güclü qar yağışlarının baş verə biləcəyini göstərir.

Mövzu ilə bağlı ekoloq Fikrət Cəfərov INFOAZ.WS-a açıqlamasında bildirib ki, Azərbaycan əhalisi soyuq və uzun qışa hazırlaşmalıdır. “Ötən ay Avropa Meteorologiya Xidmətinin proqnozu açıqlanıb. Onların fikrincə, Avropa son 25 ilin ən soyuq qışını yaşayacaq. Hesab edirəm ki, onların təhlili və əldə olunan nəticələr etibarlıdır”, – deyə Fikrət Cəfərov qeyd edib.

Fatimə Məmmədova

Избранный
28
infoaz.ws

1Источники