RU

Bu ölkə elektromobillə bağlı geri addım atdı

Avropa İttifaq (Aİ) ərazisində 1 yanvar 2035-ci ildən etibarən təzə avtomobil almaq mümkün olmayacaq. İnsanlar yalnız elektromonil ala biləcəklər. 

Avtosfer.az xəbər verir ki, Aİ üzvü olmayan Norveç bu sahədə fərqli davranıb. Subsidiyalar sayəsində ölkədə elektromobilə sürətli keçid baş verib. İndi isə subsidiyalar kəsildiyi üçün işlər çətinləşib.

Norveç hökuməti elektromobilə keçid üçün son tarixi 1 dekabr 2024-cü il müəyyən etmişdi. İndi də qərar qüvvədə qalır, lakin bir qədər yumşalma ilə. Norveçlilər gələn il də daxiliyanma mühərrikli maşın ala biləcəklər. Lakin bu texnikanın ekologiya vergisi çox olacaq.  

Ekspertlərin qənaətinə görə, qərar əhaliyə çox da ciddi təsir etməyəcək.  Çünki satılan təzə maşınların 95%-i elektromoibildir. Digər tərəfdən, artıq ölkədə ikinci əl elektromobil bazarı formalaşıb. Çünki bir çox ailə elektromobilini 2 dəfə yeniləyib. 10 min avroya yaxşı vəziyyətdə ikinci əl elektromobil tapmaq mümkündür. 
Ölkədə ən geniş yayılmış elektromobillər Tesla və Toyotadır. Bu markaların bazar payı müvafiq olaraq 20 və 10 faizdir.

Vüqar

Избранный
8
avtosfer.az

1Источники