RU

Türkiyənin ən məxfi sənədi yeniləndi – “Qırmızı kitab”da nələr var?

Dövlətin “gizli konstitusiyası” adlandırılan və ictimaiyyət arasında “Qırmızı kitab” kimi tanınan Türkiyənin Milli Təhlükəsizlik Siyasəti Sənədinin yenilənməsi ilə bağlı işlər başa çatıb.
 
Moderator.az xəbər verir ki, sənədin yenilənməsi ilə əlaqədar dekabrın əvvəlində Milli Təhlükəsizlik Şurasında məxfi toplantı keçirilib.
 
Ölkənin vitse-prezidenti Cevdet Yılmaz məsələ ilə bağlı açıqlama verib.
 
Türkiyə rəsmisi Milli Təhlükəsizlik Siyasəti Sənədinin kifayət qədər əhatəli olduğunu deyib:
 
“Milli Təhlükəsizlik Şurasının qərarı ilə bunu rəsmiləşdirəcəyik. Yəqin ki, sənəd Milli Təhlükəsizlik Şurasının növbəti toplantısında müzakirə edilərək rəsmiləşdiriləcək və qurumlarımızın görəcəyi işlərə istiqamət verəcək. Yeni Milli Təhlükəsizlik Siyasəti Sənədimizin 2025-ci ildə həyata keçirilməsini gözləyirik”.
 
Sənəd Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Milli Təhlükəsizlik Şurası tərəfindən yenilənib.
 
Məxfiliyinə görə “Qırmızı kitab” kimi də tanınan sənədin yenilənməsi üçün bu ilin ilk aylarında nazirliklər və aidiyyəti qurumlardan rəylər istənilib. Bu çərçivədə alınan rəylər və məlumatlar əsasında sənəd dekabrın əvvəlində vitse-prezident Cevdet Yılmazın sədrliyi ilə keçirilən toplantıda müzakirə edilib.
 
Təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyədə olduğu iclasın sonunda kitabın yenilənməsi işləri yekunlaşıb. Məsələnin Prezident Ərdoğanın sədrliyi ilə keçiriləcək Milli Təhlükəsizlik Şurasının növbəti iclasında müzakirə ediləcəyi gözlənilir.
 
“Qırmızı kitab” dövlətin daxili və xarici təhlükə qavrayışlarını maddə-maddə ehtiva edən sənəddir. Təhdid dəyişikliklərinə uyğun olaraq, bəlli aralıqlarda yenilənir. /Teleqraf.com/
 
Избранный
30
1
moderator.az

10Источники