RU

Gerasimovdan Azərbaycan açıqlaması: “Qazax istiqamətində...”

Rusiyanın yaradıcı səyləri sayəsində Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov xarici ölkələrin hərbi attaşelərinin brifinqində deyib.

“Qərbin dağıdıcı hərəkətlərindən fərqli olaraq, Rusiya həmin regionda yaradıcı tədbirlər həyata keçirir. Bakı və İrəvanda ikitərəfli münasibətlərin tənzimlənməsi istiqamətində aşkar müsbət irəliləyiş əsasən dövlətimizin səyləri ilə bağlıdır”, - Gerasimov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş rayonu arasında dövlətlərarası sərhədin ən mürəkkəb hissələrindən birinin demarkasiyası başa çatıb.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
24
teleqraf.com

1Источники