RU

Aleksandar Vuçiç tezliklə istefa verə bilər

Serbiya prezidenti Aleksandar Vuçiç tezliklə istefa verə bilər.

Editor.az xəbər verir ki, bu barədə “İnformer” portalı xəbər verir. Nəşr qeyd edir ki, Vuçiç bağlı qapılar arxasında hökuməti sərt tənqid edib və koalisiya tərəfdaşları haqqında mənfi fikirlər səsləndirib.

O, “hər şeydən bezdiyini” də bildirib. “Bu, yaxın üç ay ərzində baş verə bilər. Hökumətin yenidən təşkili əvəzinə hakimiyyətin bütün səviyyələrində seçkilər olacaq. Ola bilsin ki, Vuçiç parlament seçkilərində belə iştirak etməyəcək”, – materialda deyilir.

Vuçiç bundan əvvəl demişdi ki, Rusiya prezidenti Vladimir Putinin Rusiya Federasiyasının müdafiəsi məsələsində “blef” etdiyinə yalnız dəlilər inanır.

//Samir Qurbanov, Editor.az

Избранный
24
editor.az

1Источники