RU

Zelenskidən ETİRAF: Bu torpaqları geri qaytara bilməyəcəyik

Ukraynanın Donbass və Krımı öz nəzarətinə “geri qaytarmağa” imkan verəcək resursları yoxdur.

Publika.az xəbər verir ki, bu barədə "Le Parisien"ə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

“De-fakto, bu ərazilər indi rusların nəzarətindədir. Onları geri qaytarmaq bizim gücümüz xaricindədir. Biz ancaq beynəlxalq ictimaiyyətin Putini danışıqlar masasına oturmağa məcbur etmək üçün diplomatik təzyiqinə arxalana bilərik”, - deyə Ukrayna rəhbəri qeyd edib.

Ukraynanın müharibəyə son qoymaq üçün kompromislərə getmək istəyi ilə bağlı sualı cavablandıran prezident vurğulayıb ki, Kiyev Krımdan və ya Donbasdan imtina etməyə hazır deyil.

Избранный
14
1
publika.az

2Источники