RU

Aİ-yə idxal olunan Rusiya qazının payı yenidən artmağa başlayıb.- “Bloomberg”

Aİ-yə idxal olunan Rusiya qazının payı yenidən artmağa başlayıb.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Avropa Komissiyasının məlumatlarına istinadən yazıb.

Avropa Komissiyasının məlumatına görə, Rusiya qazının payı yenidən artmağa başlayıb və bu ilin birinci rübündə 19 faiz olub.

Aİ-yə tədarükün həcminə görə Rusiya Norveç (34%) və ABŞ-dan (20%) geri qalır, lakin ümumi tədarükün həcminə görə Əlcəzair (13%) və Azərbaycan, Qətər, Böyük Britaniya və digər ölkələri qabaqlayır.

Rusiya Türkiyə və Ukrayna vasitəsilə Avropaya qaz tədarük edir. Ukrayna ərazisindən tranzitlə bağlı müqavilənin müddəti bu ilin sonunda bitir və Kiyev onu yeniləmək niyyətində deyil. Moskva bəyan edib ki, Ukrayna ərazisindən tranzitdən imtina etmir. Aİ-nin əsas qaz şirkətləri qaz tranzitinin davam etdirilməsinə çağıran bəyannamə imzalayıb və bu tədarüklər olmadan enerji və iqtisadi təhlükəsizliyə təhlükə olduğunu qeyd ediblər. Bəyannamə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə göndəriləcək.

Azpost.info

 

Избранный
31
azpost.info

1Источники