RU

"Honda"nın yeni modeli gələn il satışa çıxarılacaq

"Honda" yeni nəsil "Prelude"nin detallarını açıqlayıb. Şirkət bu yaxınlarda təsdiqləyib ki, 2000-ci illərin əvvəllərində istehsalı dayandırılan "Prelude"ni yenidən canlandıracaq.

Redaktor.az-ın məlumatına görə, yenidən canlandırılan model gözlənildiyi kimi elektromobil olmayacaq.  O, yeni nəsil e:HEV benzin-elektrik güc aqreqatı və idarəetməni daha həyəcanlı etmək üçün nəzərdə tutulmuş S+ Shift rejimi alacaq. Tam premyera 2025-ci ilin yanvarında Tokio avtosalonunda gözlənilir.

Yeni nəsil hibrid sistem "Honda"nın Atkinson dövrü ilə işləyən yeni işlənmiş iki litrlik birbaşa enjeksiyonlu dörd vuruşlu mühərrikinə əsaslanır. O, iki elektrik mühərriki ilə işləyəcək. Mühəndislər iddia edirlər ki, belə bir quraşdırma indiki e:HEV-dən 10 faiz daha səmərəli və həm də daha güclüdür.

"Prelude" həmçinin gücləndirilmiş asma və platformanın sərtliyini artırma, təkmil sükan idarəetməsi, Brembo əyləcləri və 19 düymlük təkər diskləri vəd edir. Serial idman avtomobili 2025-ci ildə satışa çıxarılacaq.

Sevinc İBRAHİMZADƏ

Избранный
31
1
redaktor.az

2Источники