RU

MOK rəhbərliyi İslam Həmrəyliyi İdman Assosiasiyasının 13-cü Baş Assambleyasında iştirak edib

Albaniyanın paytaxtı Tirana şəhərində İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 13-cü Baş Assambleyası keçirilib.

Milli Olimpiya Komitəsindən (MOK) "İki sahil"ə bildiriblər ki, iclasda Azərbaycanı MOK-un vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri Könül Nurullayeva və Komitənin xarici əlaqələr departamentinin direktoru Anar Bağırov təmsil ediblər.

Əvvəlcə İSSA-nın 41-ci İcraiyyə Şurasının iclası baş tutub. Ardınca İSSF-nin Baş Assambleyasının iclası öz işinə başlayıb. İclasda Baş Assambleyanın gündəliyindəki məsələlər, qarşıdan gələn oyunlar üzrə planlar və strategiyalar haqqında müzakirələr aparılıb. Daha sonra 2025-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarının tarixi və idman proqramı iştirakçılara təqdim olunub.

VI İslam Həmrəyliyi Oyunları 2025-ci il noyabrın 7-dən 21-dək 13 Olimpiya, 4 qeyri-Olimpiya, 3 Paralimpiya və 1 milli idman növləri üzrə keçiriləcək.

Избранный
31
3
ikisahil.az

4Источники