RU

Qərb Suriyadakı yeni hökumətlə diplomatik münasibətləri bərpa edir

Suriyada cihadçı "Heyət Təhrir əl-Şam"ın (HTŞ) paytaxt Dəməşqə nəzarəti ələ keçirməsindən sonra Qərb dövlətləri ilə diplomatik əlaqələrin qurulması sürətlənib.

Demokrat.az
xəbər verir ki, Suriyada "Heyət Təhrir əş-Şam"ın lideri Əbu Məhəmməd Colani Böyük Britaniya, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq diplomatlarla görüşərək regiondakı  hadisələri dəyərləndirib. 

Əbu Məhəmməd Colaninin Fransa və Almaniya diplomatları ilə də görüşlər keçirəcəyi gözlənilir.

İngiltərə, İtaliya, Almaniya və Fransa başda olmaqla bir çox Avropa ölkəsi müvəqqəti hökumətlə əməkdaşlığa açıq olduqlarını açıqlayıb.

Almaniya mətbuatında yer alan xəbərlərə görə, bir qrup alman diplomatın da yaxın vaxtlarda Dəməşqdə yeni hökumət rəsmiləri ilə danışıqlar aparması planlaşdırılır.


Əfsanə Kamal
Demokrat.az
Избранный
17
demokrat.az

1Источники