RU

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesindən danışıb

Moskva, 18 dekabr, AZƏRTAC

Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması istiqamətində uğurla irəliləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Qerasimov xarici hərbi attaşelər üçün keçirilən brifinqdə bildirib.

“Qərbin dağıdıcı hərəkətlərindən fərqli olaraq, Rusiya regionda konstruktiv tədbirlər görür. Əsasən dövlətimizin səyləri sayəsində Bakı və İrəvanın ikitərəfli münasibətlərin normallaşması istiqamətində müsbət irəliləməsi göz qabağındadır”, - deyə o vurğulayıb.

Onun sözlərinə görə, hazırda “dövlətlərarası demarkasiya xəttinin ən çətin hissələrindən biri – Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Tavuş vilayəti arasında” demarkasiya artıq başa çatıb.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
33
1
azertag.az

2Источники