RU

Zelenskidən SENSASİYA, rus generaldan ŞOK statistika: 1 milyona yaxın ÖLÜ və.../VİDEO

Hazırda Ukraynanın Rusiyadan əraziləri geri almağa gücü çatmır. Ukraynalılar ancaq Rusiyanı danışıqlar masasına oturmağa məcbur edəcək beynəlxalq ictimaiyyətin diplomatik təzyiqinə arxalana bilərlər.

Ukrayna Prezidenti Vladimir Zelenski deyib. Ukrayna lideri bu baxımdan Qərbin zəif mövqeyindən təəccübləndiyini bildirib: “Niyə biz müharibə başlayandan bəri kütləvi şəkildə silahlarla təchiz edilmədik? Mənim çıxışım cəsarətli görünə bilər, amma məndə belə bir təəssürat var ki, hamı Putin Rusiyasından qorxur. Putinə təzyiq göstərmək və bu müharibəni dayandırmaq üçün bizə güclü Amerika və Avropa lazımdır”.

“Xüsusi əməliyyat” başlayandan bəri Ukrayna Silahlı Qüvvələri 1 milyona yaxın canlı qüvvə itirib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib. Onun sözlərinə görə, müharibə başlayandan bəri Ukrayna ordusu 1 milyona yaxın ölü və yaralı, 20 minə yaxın tank və zirehli texnika itirib. Gerasimov Ukrayna Silahlı Qüvvələrinin Kursk sərhəd bölgəsində 42 mindən çox insan, 1800-dən çox tank və zirehli texnikanı itirdiyini açıqlayıb. O, Ukrayna ordusunun Kursk vilayətində irəliləməsinin dayandırıldığını, Ukrayna Silahlı Qüvvələrinin qrupları və muzdlularının Rusiyanın dərinliklərinə keçmək cəhdlərinin qarşısının alındığını söyləyib. Rusiya ordusundakı yeniliklərdən danışan Baş Qərargah rəisi qeyd edib ki, 2024-cü ildə Quru Qoşunlarında 2 ümumqoşun ordusu və ordu korpusu, 16 birləşmə, həmçinin 2 hərbi dairə yaradılıb.

Onun sözlərinə görə, strateji nüvə qüvvələrinin yerdəki qruplaşmasının yenidən silahlanması tam başa çatıb, ölkə rəhbərliyi tərəfindən 2024-cü ildə Rusiya Federasiyası Silahlı Qüvvələrinin qarşısına qoyulan bütün tapşırıqlar yerinə yetirilib.

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Zaur İbrahimli ilə regiondakı hadisələri müzakirə edir.


Избранный
45
46
paytaxt.org

10Источники