Uqandada idarəolunmaz bədən titrəyişlərinə və qızdırmaya səbəb olan xəstəlik yayılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Yerli əhalinin “Dinqa-Dinqa” (tərcümədə “rəqs kimi titrəmək”) ləqəbini qoyduqları xəstəlik artıq əsasən qadın və qızlardan ibarət 300-ə yaxın insanı əhatə edib.
Bədəndəki titrəyişlərə görə xəstələrin yeriməkdə çətinlik çəkdiyi qeyd edilir.
Həkimlər bildirirlər ki, regiondan kənarda heç bir yoluxma halı qeydə alınmayıb və xəstəlik antibiotiklərlə uğurla müalicə olunur. Hazırda ölkənin Səhiyyə Nazirliyi toplanmış nümunələri təhlil edir.
Qeyd edək ki, daha əvvəl Konqo Demokratik Respublikasında yeni növ öldürücü virus yayıldığı açıqlanmışdı. Bu virus isə xeyli sayda insanın ölümünə səbəb olub.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта