Rusiyanın Murmansk vilayəti yaxınlığında iki qatarın toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 16:15-də Murmansk vilayətinin Knyajaya stansiyasına çatan zaman 326 sərnişinin olduğu 11 nömrəli Murmansk-Sankt-Peterburq sərnişin qatarı yük qatarı ilə toqquşub.
KONKRET.az