RU

Havanın çirklənməsinə görə dünyanın ilk üç şəhəri sırasında Tehran da yer alıb



Hava çirkliliyinə görə ilk üçlükdə olduğu bildirilən İranın paytaxtı Tehranda sıx çirklənmənin yaratdığı pis hava şəraiti kameralara düşüb. Şəhərdə hava keyfiyyətinin aşağı səviyyədə olması yaşayış şəraitinə mənfi təsir göstərsə də, xüsusilə yaşlılar və uşaqlar kimi həssas qrupların risk altında olduğu bildirilib.
Şəhərin hava dövriyyəsi üçün uyğun olmayan yerləşməsi və əhalinin sıxlığı ilə yanaşı, köhnə model nəqliyyat vasitələri və çox istifadə edilən motosikletlərdən çıxan qazlar da Tehranda hava çirkliliyini artıran amillərdəndir regionda havanın çirklənməsi.

Tehran Hava Keyfiyyəti Ölçmə Şirkəti tərəfindən aparılan ölçmələrdə Tehranda havanın çirklənməsi hər kubmetr üçün 156 mikroqram olaraq ölçüldü. Bu göstərici o deməkdir ki, havanın keyfiyyəti bütün yaş qrupları üçün qeyri-sağlamdır.

aia.az
Tərcümə şöbəsi



Избранный
25
aia.az

1Источники