RU

Sahibə Qafarova: “Azərbaycan və Türkiyə parlamentləri arasında əlaqələr genişlənməkdədir”

Xəbər verdiyimiz kimi Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş arasında görüşdən sonra spikerlər mətbuat üçün bəyanatla çıxış ediblər.

Bizim.Media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarova isə çıxışında hər səfərində qardaş Türkiyənin daha da tərəqqisinin şahidi olduğunu deyib.

O, qardaş Türkiyənin Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bütün sahələrdə hərtərəfli inkişaf etdiyini, böyük nailiyyətlər qazandığını, artıq qlobal miqyasda gedən proseslərə təsir göstərdiyini, sülhə və sabitliyə töhfə verdiyini deyib.

Bildirilib ki, prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi, qətiyyəti və birgə səyləri sayəsində bu münasibətlər özünün ən yüksək zirvəsinə - müttəfiqlik səviyyəsinə yüksəlib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, qanunverici orqanlarımız arasında əlaqələr hazırda çox yüksək səviyyədədir və müttəfiqlik ruhuna uyğun olaraq bütün istiqamətlər üzrə genişlənməkdədir. Parlament sədrləri qarşılıqlı səfərlərlə yanaşı, beynəlxalq təşkilatlar çərçivəsində də görüşür və müzakirələr aparırlar. Dostluq qrupları sıx dialoq içərisindədir.
 

İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan kimi uğurlu üçtərəfli əməkdaşlıq formatlarının da mövcud olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, beynəlxalq platformalarda, parlament təşkilatlarında qarşılıqlı dəstək yüksək səviyyədədir. 


Parlamentlərimiz də Türk dünyasının daha da sıx birləşməsi məsələsində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışır.

Bizim.Media

Избранный
23
26
bizim.media

10Источники